“Ədalətli və bərabər seçki keçirildi” - Eduard Lintner
Onun sözlərinə görə, bütün seçki məntəqələrində nümayəndə heyətinin üzvləri seçkiləri çox diqqətlə izləyiblər. Seçki məntəqəsində və ətrafında müşahidə zamanı demokratik seçkilərin heç bir ciddi qanun pozuntusu baş verməyib. Seçki məntəqələrinin ətrafında forma geyinmiş heyət və ya yerli orqanların nümayəndələri müşahidə edilməyib. Nümayəndə heyətinin üzvləri sadə demokratik qaydaların pozulmasını və ya ümumiyyətlə hər hansı zorakılıq müşahidə etməyiblər. Almaniya nümayəndə heyətinin bütün üzvləri parlament seçkilərinin demokratik keçdiyinə əmindir. Azərbaycan bu seçkilərdə beynəlxalq demokratik standartlara doğru növbəti addım atdı".
Qeyd edək ki, müşahidə qrupu 11 üzvdən ibarətdir. Bu üzvlərə Alman Bundestaqının, Bavariya Parlamentinin üzvləri və sabiq parlamentarilər, Alman Federal hökuməti və Bavariya Əyaləti hökumətinin sabiq deputatları daxildir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


