Piylənmə yaradan peşələr

Piylənmə yaradan peşələr
  21 İyun 2013    Oxunub:1594
Mütəxəssislər artıq çəkiyə səbəb olan peşələrin siyahısını tərtib ediblər. Müəllimlər və mühəndislər reytinq üzrə lider olublar, son yerləri alimlər və zavod işçiləri tutub.
Araşdırmanı “Career Builder JobSearch” şirkətinin mütəxəssisləri aparıb və təxminən 3700 insan sorğuya cəlb olunub. Respondentlərin 50 %-dən çoxu artıq çəkisinin olduğunu hesab edib və bunda iş rejimini günahlandırıb.

Alimlər buna görə də peşələri iki qrupa ayırıblar – artıq çəki yaradan və arıqlamağa səbəb olan peşələr.

Reytinq üzrə müəllimlər və mühəndislər lider olublar. Direktor və hüquqşünaslar sonrakı yerdə dayanıblar.

Respondentlərin 16 %-i bildirib ki, onların işi çəkilərinin azalmasına səbəb olur. Bu qrupa alimlər və zavod işçiləri daxildir.

Alimlər müəyyənləşdiriblər ki, oturaq iş rejimi, stress və düzgün qidalanmamaq çəkinin artmasına səbəb olur. Sorğuya cəlb olunan respondentlərin yarısı bildirib ki, arıqlamaq üçün idman zallarına gedirlər. Digər 30 % respondent isə evdə idmanla məşğul olduqlarını etiraf ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti