Azərbaycan prezidenti başsağlığı verdi

Azərbaycan prezidenti başsağlığı verdi
  02 Noyabr 2015    Oxunub:1568
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın paytaxtı Buxarest şəhərində baş vermiş faciə ilə bağlı ölkə Prezidenti Klaus İohannisə başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


Teqlər:  



Xəbər lenti