`Seçkilər xalqın iradәsini tam ifadә edib` - AŞPA

`Seçkilər xalqın iradәsini tam ifadә edib` - AŞPA
  02 Noyabr 2015    Oxunub:2121
“Azərbaycanda parlament seçkiləri beynəlxalq normalara uyğun keçirilb, qanun pozuntusu aşkar edilməyib”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla deyib. Onun sözlərinə görə, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib: “AŞPA müşahidə missiyası seçkiləri izləmək üçün Azərbaycan hakimiyyəti tərəfindən dəvət olunub. Missiya 28 nəfərdən ibarətdir. Müşahidəçilərimiz ölkənin bir neçə rayonunda və Bakıda olublar. Şəffaflıq təmin olunub və seçicilər məlumatlandırılıb. Seçki məntəqələrində çox sayda kameralar quraşdırılıb. Bunu yüksək dəyərləndiririk. Səslərin sayılması prosesində də şəffaflıq təmin olunub. Bütün bunlar Azərbaycanın azad və demokratik seçkilər keçirilməsi yolunda atdığı böyük addımlardır, Azərbaycan xalqının iradəsinin qələbəsidir”

Onun sözlərinə görə, səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib: “Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib”.

O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməməsinə də münasibət bildirib: “ ATӘT DTİHB və ATӘT PA-nın Azərbaycana müşahidә missiyası göndәrilmәməsindәn tәəssüflənirəm. Lakin çoxsaylı müşahidәçilәr var idi. Seçici fәallığında әhәmiyyәtli artım olub. Seçkilər xalqın iradәsini tam ifadә edib”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  



Xəbər lenti