Füzuli Ələkbərov rayon sakinləri ilə görüşəcək

Füzuli Ələkbərov rayon sakinləri ilə görüşəcək
  21 İyun 2013    Oxunub:1352
Nazir Fizuli Ələkbərov Ağstafa bölgəsində
vətəndaşları qəbul edəcək.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, iyunun 28-də nazir Fizuli Ələkbərov respublikanın Ağstafa rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarının sakinlərinin, eləcə də Kəlbəcər rayonundan olan və bölgədə məskunlaşmış məcburi köçkünlərin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.

Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.


Teqlər:





Xəbər lenti