Ən zəif namizəd - cəmi 36 səs topladı

Ən zəif namizəd - cəmi 36 səs topladı
  02 Noyabr 2015    Oxunub:3125
Parlament seçkilərində ən az səs toplayan namizəd partiya sədrinin müavinidir.
Azərbaycan Respublikasının V çağırış Milli Məclisinə ötən gün keçirilən seçkilərdə ən az səs toplayan deputatlığa namizədin adı məlum olub.

AzVision.az xəbər verir ki, bu, 4 Saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyini Ümid Partiyası tərəfindən irəli sürülən partiya sədrinin müavini Əliyev Faiq Həsən oğludur.

Faiq Əliyev seçkidə cəmi 36 səs toplayıb və seçkinin nəticələrinə görə ölkə üzrə ən zəif deputatlığa namizəd adını qazanıb.

Qeyd edək ki, 4 Saylı Naxçıvan şəhər seçki dairəsindən deputat Eldar İbrahimov seçilib. O, 27953 (83.6 %) səs toplayaraq Milli Məclisdə yenidən təmsil olunma haqqı qazanıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti