İlham Əliyev beynəlxalq sazişi təsdiqlədi

İlham Əliyev beynəlxalq sazişi təsdiqlədi
  02 Noyabr 2015    Oxunub:1768
Prezident İlham Əliyev "NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında" Sazişi təsdiq edib.
AzVision.az xəbər verir ki, Saziş Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında imzalanıb.

Qeyd edək ki, Milli Məclis "NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə" qanunu sentyabrın 30-da qəbul edib.


Teqlər:



Xəbər lenti