`AŞPA seçkilərə normal qiymət verdi` - MSK sədri

`AŞPA seçkilərə normal qiymət verdi` - MSK sədri
  02 Noyabr 2015    Oxunub:1650
`Bütün beynəlxalq müşahidəçilər noyabrın 1-də Milli Məclisə keçirilniş seçkilərə müsbət rəy bildirdi`.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. O, fikrini belə davam etdirib: `Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi`.

M. Pənahov bildirib ki, müəyyən çatışmazlıqlar ola bilər: `Biz 15 ildir, müşahidəçilərə gördüklərini söyləməli olduqlarını deyirik. Avropa Şurası Parlament Assambleyası çox ciddi qurumdur, müşahidə missiyasında təmsil olunan insanlar da özlərinə hörmət edən insanlardır. Ona görə də AŞPA müşahidə missiyasının seçkiyə verdiyi qiymət mühüm əhəmiyyət kəsb edir`.


Teqlər:  



Xəbər lenti