Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezidentdən Naxçıvanla bağlı sərəncam
  02 Noyabr 2015    Oxunub:5469
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha təşkil edən ərazisi Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilib.

Dövlət başçısının sərəncamına əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilib. Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti