`Saakaşvilinin yeri həbsxanadır` - Baş nazir

`Saakaşvilinin yeri həbsxanadır` - Baş nazir
  03 Noyabr 2015    Oxunub:3063
Gürcüstanın baş naziri İrakli Qaribaşvili hesab edir ki, ölkənin keçmiş prezdenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixail Saakaşvili həbs olunmalıdır.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Estoniyada səfərdə olan Qaribaşvili bildirib ki, Gürcüstanda çevrilişə cəhd edən Saakaşvilinin "yeri həbsxanadır".

Baş nazir hesab edir ki, Gürcüstan vətəndaşlarının əksəriyyəti də onun mövqeyini paylaşır: "Mixail Saakaşvilinin dövlət əleyninə fəaliyyəti ilə bağlı kifayət qədər dəlil toplanıb. Onun siyasətdə yeri yoxdur".


Teqlər:





Xəbər lenti