Deputat vəsiqələri nə vaxt veriləcək?

Deputat vəsiqələri nə vaxt veriləcək?
  03 Noyabr 2015    Oxunub:3284
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş şəxslərə deputat vəsiqəsinin veriləcəyi tarix bəlli olub.
AzVision.az-ın məlumatına görə, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra deputatlara vəsiqələri təqdim olunacaq.

Qeyd edək ki, MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti