Gömrükdə 20 kq kürü ələ keçirildi
Bundan sonra həmin çantada yoxlama aparılıb və oradan gömrük nəzarətinə təqdim olunmayan 40 ədəd müxtəlif ölçülü qablarda qablaşdırılan qara və qırmızı rəngli balıq kürüsü aşkar edilib.
Komitədən bildirilib ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə də aşkar edilən qaçaqmalçılıq predmeti kustar üsulla hazırlanan, 19 kiloqram 210 qramı qara, 0.995 kiloqramı isə qırmızı rəngli olmaqla, ümumi xalis çəkisi 20 kiloqram 205 qram olan “nərə” cinsli balıq kürüsüdür.
İdarə əməkdaşları Sankt Peterbur-Bakı aviareysi ilə gələn sərnişindən isə 72 qrama qədər psixotrop maddə aşkar edərək götürüb.
Azərbaycan vətəndaşı Ağami Seyid-Hüseyn Mirmehti oğlu gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb, müvafiq qanunvericiliyə uyğun şəkildə üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanı-düz bağırsağından 3 ədəd bükümdə 71,604 qram ağ rəngli, kristal şəklində narkotik vasitə - metadon aşkar olunub.
Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.







Vaxtında, Aydın, Lazımlı!


