İlham Əliyev dəyişikliklər etdi

İlham Əliyev dəyişikliklər etdi
  03 Noyabr 2015    Oxunub:3691
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 32-ci maddəsində “vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada intizam, maddi, mülki, inzibati və cinayət məsuliyyəti” sözləri “şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət” sözləri ilə əvəz edilsin.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

İlham Əliyev dəyişikliklər etdi xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 24-cü maddəsində “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə əvəz edilsin və həmin maddəyə “qeydiyyata” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin.


Teqlər:  



Xəbər lenti