66 nəfər qidadan zəhərlənib

66 nəfər qidadan zəhərlənib
  03 Noyabr 2015    Oxunub:1832
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunublar. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülüb, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.

Nazirlikdən onu da bildiriblər ki, sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi hadisəsi baş verib, 66 nəfər zərərçəkən olub. O cümlədən, 2 botulizm hadisəsi baş verib, 2 zərərçəkən olub .

Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

AzVision.az


Teqlər:  



Xəbər lenti