DİN 30 nəfəri həbs etdi

DİN 30 nəfəri həbs etdi
  03 Noyabr 2015    Oxunub:2381
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 78 cinayət faktından 16-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, beş nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti