Nazir yeni rəis təyin etdi - Deputat oğlunun yerinə

Nazir yeni rəis təyin etdi - Deputat oğlunun yerinə
  04 Noyabr 2015    Oxunub:5512
Daxili işlər naziri Ramil Usubov Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edib.
AzVision.az aznews.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Qəhrəman Qələndərov gətirilib.

Qəhrəman Qələndərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun müavini idi.

Qeyd edək ki, sayt bir necə gün öncə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədovun (millət vəkili Elman Məmmədovun oğlu) tutduğu vəzifədən azad edilməsi barədə məlumat yaymışdı.

AzVision.az


Teqlər:



Xəbər lenti