Benzema həbs olundu – İntim kaset qalmaqalı

Benzema həbs olundu – İntim kaset qalmaqalı
  04 Noyabr 2015    Oxunub:6403
İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema “Lion” klubunun futbolçusu Matye Valbuenanın şantaj edilməsi işi üzrə Fransa polisi tərəfindən həbs olunub.
Bu barədə AzVision.az “Eurosport”-a istinadən xəbər verir.

Yaxın vaxtlarda hücumçu polis tərəfindən sorğu-sual ediləcək.

Qeyd edək ki, oktyabrın 13-ü Fransa polisi ölkə millisinin və Rusiyanın “Kuban” klubunun sabiq hücumçusu Cibril Sisseni həbs etmişdi. Bundan əvvəl adı çəkilməyən daha üç şəxs də polis tərəfindən saxlanılıb.

Ehtimal olunur ki, bu şəxslərdə Valbuenaya məxsus intim xarakterli görüntülər var.

Daha sonra Fransa polisi sübutlar olmadığı üçün Sisseni azadlığa buraxıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti