Hakerlər Koreyanı kiberhücumla təhdid etdi

Hakerlər Koreyanı kiberhücumla təhdid etdi
  22 İyun 2013    Oxunub:1031
“Anonymous” beynəlxalq haker qrupu iyunun 25-də Şimali Koreya saytlarına böyük kiberhücum təşkil etməkdə hədələyib.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, qeyd olunan tarix Koreya müharibəsinin başlanmasının ildönümüdür. Haker qrupu “Twitter” sosial şəbəkəsindəki hesabında kiberhücuma məruz qalacaq Şimali Koreyanın 30-dan çox saytının adını qeyd edib. Onların arasında KİV, dövlət təşkilatları və şirkətlərə məxsus saytlar vardır. Hücumun iyunun 25-də gecə saat 00:00-da başlanacağı gözlənilir.

Bundan başqa, hakerlər Şimali Koreyanın raket proqramına aid məxfi materialları dərc edəcəklərini bildiriblər. Qrup Şimali Koreya lideri Kim Çen Inın siyasətindən narazı olduqlarını qeyd ediblər.

Xatırladaq ki, may ayında “Anonymous” beynəlxalq haker qrupu Şimali Koreyanın “Koreyanın səsi” radiostansiyasına hücum etmişdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti