`Oyundan əvvəl həyəcanlanırıq` - Qurban Qurbanov
Baş məşqçi bildirib: “Bəzən belə oyunlardan əvvəl həm şad oluruq, həm də həyəcanlanırıq. Qrupda məğlub olmayan komandaya qarşı oynayacağıq. Bilirəm ki, çətin oyun olacaq. Lakin rəqibi tanıyırıq. Futbolçularımız da bu istiqamətdə çalışıblar. Oyunu səbirsizliklə gözləyirik, azarkeşlərin dəstəyi ilə baxımlı futbol sərgiləyəcəyik. Sistemdə dəyişiklik etməyi düşünmürəm. Lakin oyunun gedişindən və nəticədən asılı olaraq taktiki dəyişiklik baş verə bilər. Psixoloji gərginlik belə oyunlara xasdır”.
Q.Qurbanov deyib ki, sabah daha yaxşı formada olan futbolçular meydana çıxacaqlar. Bizi dəstəkləyənlər çoxdur və inanırıq ki, bu etimadı doğruldacağıq. Futbolçularımız evdə daha sürətli oyun nümayiş etdirirlər.
Xatırladaq ki, “Qarabağ”-“Monako” matçı noyabrın 5-də saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq. Görüşü Rumınıyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kristian Balaydır. Ona Ovidiu Artene və Valentin Avram yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Mirça Qriqoriu yerinə yetirəcək.
Teqlər: