Merkel Putinlə sərgiyə baş çəkəcək

  21 İyun 2013    Oxunub : 257
Merkel Putinlə sərgiyə baş çəkəcək
Almaniya kansleri Angela Merkel ilə Rusiya prezidenti Vladimir Putin mübahisəli incəsənət nümunələrinin sərgisinə baş çəkəcəklər.
AzVision.az BBC-yə istinadən bildirir ki, əvvəlcə məlumat verilmişdi ki, iki liderin görüşü son anda təxirə salınıb. Lakin Putin səfərin təxirə salınması məlumatını inkar edib.

Qeyd edək ki, sərgi Rusiyanın Sankt Peterburq şəhərindəki Ermitaj muzeyində təşkil olunub. Sərgidə müharibə dövrünə aid mübahisəli incəsənət nümunələrinin nümayiş olunması nəzərdə tutulub. Almaniya kansleri iddia edir ki, müharibə dövründə SSR-i Almaniyaya məxsus incəsənət nümunələrini ələ keçirib. Buna görə də Merkel sərginin vacibliyini vurğulayıb.

AzVision.az

Teqlər: