Romada sərgimizin rəsmi təqdimatı olub

Romada sərgimizin rəsmi təqdimatı olub
  22 İyun 2013    Oxunub:1514
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan parlamentinin Azərbaycan-İtaliya dostluq qrupunun və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə “Sönməz Məşəl” Mədəni Əlqələr İctimai Birliyi “Azərbaycan şairi Nizami dünyasının rəngləri” layihəsini həyata keçirir.
Layihə çərçivəsində Azərbaycan və İtaliya qadın rəssamlarının bir neçə gün əvvəl başlanmış sərgisinin rəsmi təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini İtaliya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Paulo Qassaqarandi açıb. Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Vaqif Sadıxov mərasimdə çıxış edərək belə mədəniyyət tədbirlərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Nizami adına Ədəbiyyat muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan parlamentinin İtaliya-Azərbaycan Dostluq qrupunun rəhbəri, millət vəkili Azər Kərimli tədbirdə çıxış edərək Nizami irsinə dünyada marağın getdikcə artdığını xatırladıb, Nizami dühasına gənc rəssamların, xüsusən İtaliyadan olan rəssamların diqqət göstərməsini yüksək qiymətləndiriblər.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın böyük mütəfəkkiri olan Nizami yaradıcılığına İtalyalıların belə maraq göstərməsini yüksək dəyərləndirib, layihənin qarşıya qoyulan məqsədlərə nail olduğunu bildirib.

Əsərləri sərgidə nümayiş olunan rəssamlar – Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı, Günya Həsənova, eləcə də İtaliya rəssamları İllaria Rezzi və Martina Donati səginin təşkilatçılarına minnətdarlıq ediblər.

Təqdimat mərasimində İtaliyanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.


Teqlər:





Xəbər lenti