Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev fevralın 20-də Brüsselə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Əfqanıstanın İSAF əməliyyatlarına töhfə verən NATO və tərəfdaş ölkələrin müdafiə nazirlərinin növbəti iclasında iştirak edəcək.