Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
  05 Noyabr 2015    Oxunub:1657
Sabah Abşeron, Hacıqabul, Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-dan verilən məlumata görə, noyabrın 6-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Ceyranbatan”, `Müşviqabad`, `Yeni Güzdək` və `Qobu`, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Rəncbər”, “Ağsu” və “Kürdəmir”, Ağdaş magistral qaz kəmərləri sahəsinin `Qax`, `Aran` və `Yevlax-1`, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Tovuz”, `Qovlar`, `Alakol` və `Zəyəm` qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Navai, Rəcbər, Qubalı və Pirsaat kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Abşeron rayonunun Ceyranbatan, Qobu, Müşviqabad və Yeni Güzdək qəsəbələrinin, eləcə də Qax, Yevlax, Kürdəmir, Ağsu və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:



Xəbər lenti