Hava dəyişkən və buludlu olacaq
Şimal-qərb küləyi səhər saatlarından başlayaraq zəifləyəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-22, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.
Bölgələrdə gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 30-35, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir .
Aqrometeoroloji şərh - Yaxın 2-3 gün ərzində respublikanın rayonlarında isti temperatur rejimi və bəzi rayonlarda küləyin arabir güclənməsi, şimşəkli, yağışlı hava şəraiti yenə də payızlıq dənli əkinlərində məhsul yığımını bir qədər çətinləşdirəcək. Lakin digər kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması, həmçinin tarlalarda və bağlarda aqrotexniki işlərin aparılması üçün, ümumiyyətlə əlverişli olacaq.
Teqlər: