Bu gün teleradio işçilərinin bayramıdır

  06 Noyabr 2015    Oxunub : 1198
Bu gün teleradio işçilərinin bayramıdır
Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
AzVision.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına «Göstərir Bakı» kəlməsilə başlayıb. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi göstərilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə 2 telekanal fəaliyyət göstərir.

Bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyirik!

AzVision.az

Teqlər: