Qazaxıstan pulu rekord dərəcədə aşağı düşdü

Qazaxıstan pulu rekord dərəcədə aşağı düşdü
  06 Noyabr 2015    Oxunub:4282
Qazaxıstan milli valyutasının (təngə) məzənnəsi fond birjasının səhər baş tutan ticarət sessiyasında rekord dərəcədə aşağı düşərək bir dollar üçün 307,53 təngə olub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Ötən gün təngənin kursu 298,92 təngə / dollar olub. Qazaxıstan Milli Bankının məlumatlarına görə, 2015-ci ilin üçüncü rübündə təngənin orta qiyməti 216,2 təngə / dollar olub.

Avro üzrə ticarət əməliyyatları isə həyata keçirilməyib.

Qeyd edək ki, ötən gün Qazaxıstan Milli Bankı (MB) bəyan etmişdi ki, MB və Milli Fondun qızıl aktivlərinin saxlanılması məqsədilə o, 5 noyabr 2015-ci ildən valyuta bazarında iştirakını minimuma endirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti