Şirvandakı `razborka` ilə bağlı məlumat

Şirvandakı `razborka` ilə bağlı məlumat
  06 Noyabr 2015    Oxunub:2252
Daxili İşlər Nazirliyi Şirvanda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk edib.

Z. Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilib E.Nəciyev isə orada ölüblər.

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti