7 nəfər zavoddan 50 min apardı

7 nəfər zavoddan 50 min apardı
  06 Noyabr 2015    Oxunub:1859
Bakıda zavoddan 50 min manat pul oğurlayan dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də kabel zavodundan quldurluq yolu ilə 50 000 manat aparan Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov tutulublar.


Teqlər:



Xəbər lenti