28 evi soyan oğru: `Şans yaxşı şeydir`- Video

28 evi soyan oğru: `Şans yaxşı şeydir`- Video
  06 Noyabr 2015    Oxunub:3049
Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat- axtarış tədbirləri nəticəsində 2012-ci ildən bəri şəhərin müxtəlif ərazilərində 20 fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan qızıl-zinət əşyaları və nağd pul oğurlamaqda şübhəli bilinən Göygöl sakini, 35 yaşlı Ceyhun Mamedov saxlanılıb.
AzVision.az Region TV-yə istinadən xəbər verir ki, aparılan istintaq- əməliyyat tədbirləri zamanı onun törətdiyi digər əməllər də müəyyən edilib. Samir Rüstəmov- baş müstəntiq: “Aparılan istintaq- əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Ceyhun Mamedov, eyni zamanda yaşadığı Göygöl rayonu ərazisində 8 fərdi yaşayış evinə ayrı-ayrı vaxtlarda daxil olaraq oradan pul və qızıl- zinət əşyaları oğurlayıb”.

Ceyhun Mamedov mənzillərdən oğurladığı nağd pulu xərclik edib, qızıl-zinət əşyalarını isə lombarda qoyaraq pul götürüb. Həmin qızıl-zinət əşyalarının bir qismi müxtəlif lombardlardan maddi sübut kimi götürülüb. Ümumilikdə 28 mənzildən oğurluq edən şəxs özünü şanssız sayır.

Ceyhun Mamedov - saxlanılan şəxs: “Elə külli miqdarda pul aparmamışam. Bilirsən, şans yaxşı şeydi. Elə oğru var, evə girir, bir dəfəyə 50 min, 100 min aparır. 20 evdən götürdüyümü hesablasan, heç 10 min eləməz. Mən də belə şanssız oğruyam. Mənə çıxan ancaq 100 manat, 200 manat, 500 manat, uzağı 1000 manat olub. Bəxt yaxşı şeydi."

Ceyhun Mamedovun ətrafında aparılan istintaq tədbirləri davam edir. Məlum faktlarla bağlı isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb.




Teqlər:  



Xəbər lenti