Nazirlikdən xəbərdarlıq: Hava pisləşəcək

Nazirlikdən xəbərdarlıq: Hava pisləşəcək
  06 Noyabr 2015    Oxunub:2709
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən AzVision.az- a bildirilib ki, noyabrın 7-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.


Teqlər:  



Xəbər lenti