Saxta iş təklifi - SOCAR xəbərdarlıq etdi
SOCAR-da işə qəbul prosesində namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün ödəniş və ya bank hesab rekvizitləri tələb edilmir. SOCAR-da mövcud olan vakansiyalar ancaq şirkətin (https://azvision.az/redirect.php?url=http://careers.socar.az) və onun struktur bölmələrinin veb-səhifələrində, həmçinin “İki Sahil” qəzetində elan edilir. Elektron müraciət formasını özünüz doldura bilmədikdə, bu işə nəzarət etməklə ən etibarlı şəxslərə həvalə edərək, müraciətdə öz mobil nömrənizin və elektron poçt ünvanınızın qeyd olunmasından əmin olsunlar.
Test, müsahibə və ya peşə sınaq imtahanları yalnız SOCAR-ın İnsan Resursları Departamentinin inzibati binsaında (Ş.Mirzəyev küçəsi 26 ünvanında) və ya İnsan Resursları Departamenti tərəfindən müəyyənləşdirilmiş başqa istehsalat sahələrində (ünvanları imtahandan 2-3 gün əvvəl SOCAR-ın İnsan Resursları Departamenti vasitəsilə namizədlərin telefon nömrələrinə (521 prefiksli nömrələrdən) və e-poçt-larına ([email protected]) bildiriş şəklində göndərilir) keçirilir. İmtahanlarda İRD-nin səlahiyyətli nümayəndəsi də iştirak edir.
Əgər şübhəli zəng (xüsusi ilə də mobil nömrələrdən, gizli zənglər vasitəsilə) və ya yahoo.com, gmail.com, mail.ru tipli ödənişsiz hesablardan e-poçt vasitəsilə məlumat almısınızsa, bu şəxslər və ya şirkətlər tərəfindən təqdim edilən saxta iş təklifi və ya xidmətlər barədə hüquq mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


