Paytaxtda yeni marşrut açıldı

Paytaxtda yeni marşrut açıldı
  07 Noyabr 2015    Oxunub:2143
Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 3 nömrəli marşrut xətləri istifadəyə verilib.
"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, ilkin mərhələdə 07, 08 və 09 noyabr 2015-ci il tarixlərində sınaq olaraq hər gün 8 ədəd avtobus xidmət göstərəcək. 10 noyabr 2015-cil il tarixindən etibarən 03 saylı xətdə 18 ədəd avtovus xidmət göstərəcək.

Fransa istehsalı olan "İveco” avtobusları 3 saylı xətt üzrə "Azadlıq Prospekti” metro stansiyasından başlayaraq– Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi – Səttar Bəhlulzadə - Atatürk prospekti – Nəsib bəy Yusifbəyli küçəsi – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi –Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Ə.Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində hərəkət edərək, Əks istiqamətdə Şəhidlər Xiyabanı - Parlament prospekti – Hüseyn Cavid prospekti – Ə.Haqverdiyev küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Fətəli Xan Xoyski küçəsi – Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi – Atatürk prospekti –Şövkət Məmmədova küçəsi – Cəfər Xəndan küçəsi – İbrahim Paşa Dadaşov küçəsi– Azadlıq prospekti m/st xətti üzrə hərəkət edir. Ümumi uzunluğu 25.8 km-dir. "BakıKart”la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

"BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.


Teqlər:  





Xəbər lenti