Musiqimizin bülbülü - VİDEO

Musiqimizin bülbülü - VİDEO
  22 İyun 2013    Oxunub:1730
Bu gün xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə Bülbül adı verilmiş müğənni Murtuza Məşədi Rza oğlu Məmmədovun ad günüdür.
Opera müğənnisi , mahir təsnif ifaçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Murtuza Məmmədov 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlayan Bülbül 1920-ci ildən AzərbaycanDövlət Akademik Opera və Balet Teatrının solisti olub.
1927-ci ildə Konservatoriyanı bitirən tenor təhsilini davam etdirmək üçün dövlət xəttilə Milan şəhərinə gedib. 1931-ciildə MilanKonservatoriyasını bitirən Bülbül vətənə qayıdıb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, SSRİ-nin 2 dəfə “Lenin” ordeninə, 2 dəfə “Qırmızı Əmək Bayrağı”ordeninə, “Şərəfnişanı” ordeninə, İtaliyanın “Qaribaldi” ordeninə və medallara layiq görülüb.

26 sentyabr 1961-ciildə Bakı şəhərində vəfat edib.









Teqlər:





Xəbər lenti