Yol qəzası nazirliyi 25 min ziyana saldı
Ağırtonnajlı yük maşınını idarə edən sürücü Əbülfət İsmayılovun sözlərinə görə, maşının ön təkəri qəfil partladığından idarəetməni itirib. Nəticədə yüklə dolu olan maşın yol kənarına çıxıb. Baş vermiş qəza zamanı 75 paqon-metr əyri-xətli dəmir tirlər və divarın 215 kvadrat metr üzlüyü, həmçinin konstruksiyası sıradan çıxıb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə, 25 min manata yaxın ziyan dəyib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


