Müdafiə naziri amerikalı hərbçilərlə görüşüb

Müdafiə naziri amerikalı hərbçilərlə görüşüb
  07 Noyabr 2015    Oxunub:1720
Noyabrın 7-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi cənab Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər müzakirə olunub.


Teqlər:  



Xəbər lenti