Paytaxtda söküləcək yerlərin SİYAHISI

Paytaxtda söküləcək yerlərin SİYAHISI
  22 İyun 2013    Oxunub:1452
Bakının yeni baş planının üzərində işlər yekunlaşmaq üzrədir.
Böyük Bakının Regional İnkişaf Planı iyul ayında müzakirələrdən sonra təsdiq üçün təqdim olunacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, “Böyük Bakının Regional İnkişaf Planı”nın əsas məqsədi (BBRİP) Böyük Bakının layihə ərazisinin mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionun yaxın 20-30 ildə əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunmasıdır.

“Böyük Bakının Regional İnkişaf Planı”nda bir sıra tədbirlər həyata keçiriləcək:

- Dəniz limanının və bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürməsi;

- Neftdaşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Sanqaçala köçürməsi.

Söküləcək ərazilər aşağıdakılar olacaq:

- “Qara Şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi;

- “Xutor” - 88 hektar, “Kubinka”- 46 hektar, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı “Beşmərtəbə”nin- 85 ha;

292 hektarını təşkil edilməmiş tikintilər əhatə edən “ 20-ci sahə” - 800 ha kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası.

Həmçinin planda Bakı şəhərinin qarşısında duran vəzifələrdən biri – şəhərin və bütün Abşeronun vahid nəqliyyat sxemini tərtib edilməsi, şəhərin ekoloji yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi, Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sistemini təşkili nəzərdə tutulur.




Teqlər:  





Xəbər lenti