"Neftçi" yenə uduzdu, "Qarabağ" liderdir

"Neftçi" yenə uduzdu, "Qarabağ" liderdir
  09 Noyabr 2015    Oxunub:2049
Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir.
"Xəzər Lənkəran" doğma meydanda çempionatın lideri "Qarabağ"ı qəbul edib.

Görüş 33-cü dəqiqədə Əfran İsmayılovun vurduğu qolla Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.

"Qarabağ" 12 oyundan sonra xalını 29-a yüksəldib. Lənkəran təmsilçisi isə 12 xalla 7-cidir.

"Neftçi" isə çempionatın autsayderi "Rəvan"ı qəbul edib. İlk qol meydan sahiblərindən gəlsə də, qonaqlar 19 dəqiqə ərzində 3 ardıcıl qol (47, 50, 66) vurmaqla oyunun taleyini dəyişiblər.

Sonuncu dəqiqədə Ruslan Qurbanovun dublu "Neftçi"nin təsəlli qolundan başqa bir şey olmayıb - 2:3.

Bu, "Rəvan"ın cari mövsümdə ilk qələbəsidir.


Teqlər:





Xəbər lenti