İntihar edən ana və oğulla bağlı rəsmi açıqlama

İntihar edən ana və oğulla bağlı rəsmi açıqlama
  22 İyun 2013    Oxunub:1253
İlkin tibbi müayinə nəticəsində həmin şəxslərin vəfat etdiyi müəyyən olunub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonuda bağlı qapı arxasında 2 nəfərin qalması haqqında məlumat daxil olub.

AzVision.az qurumun saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmub ki, həmin şəxslər qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək içəri daxil olub.

Fərdi yaşayış evinə baxış keçirərkən 1926-ci il təvəllüdlü Ağasiyeva Nabat Əlüsəlim qızı və 1959-cu il təvəllüdlü Ağasiyev Albert Şəmsibala oğlu hərəkətsiz vəziyyətdə aşkar edilib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində həmin şəxslərin vəfat etiyi müəyyən olunub.

Əməliyyat saat 11:00-da başa çatıb.


Teqlər:





Xəbər lenti