Ronaldo ABŞ-da yaşamaq istəyir

Ronaldo ABŞ-da yaşamaq istəyir
  10 Noyabr 2015    Oxunub:2157
Madridin “Real” klubunun forvardı Kristiano Ronaldo gələcək karyerası barədə fikirlərini bölüşüb.

Portuqaliyalı ulduz futbolçu yaxın gələcəkdə “Kral” klubu ilə yollarını ayıra bilər. Hücumçunun sözlərinə görə, o, Amerikada yaşamaq və “MLS” liqasında təmsil olunan klubların birində forma geyinmək arzusundadır.

“Dünyanın heç bir klubuna qarşı qapıları bağlamıram. Həqiqətən də Amerika Birləşmiş Ştatlarında yaşamaq və “MLS” liqasında ən azı bir il oynamaq istərdim”,-deyə K. Ronaldo bildirib.

“Kral” klubundan öncə forma geydiyi “Mançester United”dəki xatirələrinə gəlincə isə K. Ronaldo etiraf edib ki, ingilis klubunda ərköyün uşaq kimi onun nazı ilə oynayıblar.


Teqlər:





Xəbər lenti