YAP İdarə Heyəti toplanır – Elza Seyidcahana görə

YAP İdarə Heyəti toplanır – Elza Seyidcahana görə
  10 Noyabr 2015    Oxunub:22129
Hakim Yeni Azərbaycan Partiyasının 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd, müğənni-bəstəkar Elza Seyidcahanın qaldırdığı iddialarla bağlı apardığı araşdırmalar başa çatmaq üzrədir.
Bu barədə AzVision.az-a açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib.

Onun sözlərinə görə, araşdırmanın nəticələri YAP Nərimanov rayon Təşkilatının İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq: “Elza Seyidcahanla bağlı məsələ yaxın günlərdə İdarə Heyətinin toplantısında müzakirə olunacaq. Bundan sonra onunla bağlı son qərar veriləcək”.

Qeyd edək ki, E. Seyidcahan namizədliyini irəli sürdüyü dairədə seçkinin nəticələrinin ləğv olunmasını tələb edib. Hakim partiya üzvünün bu addımı YAP tərəfindən etirazla qarşılanıb.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti