Hərbi paradın baş məşqi iyunun 24-də olacaq

Hərbi paradın baş məşqi iyunun 24-də olacaq
  22 İyun 2013    Oxunub:1195
Bakı şəhərində 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə keçiriləcək hərbi paradın baş məşqi iyunun 24-də Azadlıq meydanında keçiriləcək.

AzVision.az apa-ya istinadən xəbər verir ki, təlim məşqləri saat 16:00-da başlayacaq. Əvvəlcə paradda iştirak edən heyətin, daha sonra isə hərbi texnikanın tribuna önündən keçidi olacaq.

Baş məşqlə əlaqədar olaraq, paytaxtın Neftçilər prospektində həmin müddətdə Xalça Muzeyi qarşısından Azadlıq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Baş məşqdə Silahlı Qüvvələrin və paradda təmsil olunacaq digər hərbi qurumların rəhbərlərinin iştirakı gözlənilir.

Paradın baş məşqinin iyunun 23-də keçiriləcəyi gözlənilirdi. Baş məşqə əvvəlki məşqlərdə çıxmayan hərbi texnikaların da çıxarılması nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti