Mehriban Əliyevanın `namizədlik` məsələsi təxribatdır

Mehriban Əliyevanın `namizədlik` məsələsi təxribatdır
  22 İyun 2013    Oxunub:1317
"Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi bir qrup partiyadan qovulmuş şəxslərin provakasiyasıdır. Onlar Mehriban xanımın adından istifadə edirlər".

Bu barədə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ikinci iqtidar partiyası hesab edilən Dünyəvi Azərbaycan Partiyasının belə bir qərarı olmayıb.

"Həmin partiyadan daxil olan məlumata görə, belə bir açıqlama ilə partiyadan qovulmuş bir qrup şəxs çıxış edib", - Mirzəzadə əlavə edib.

Aydın Mirzəzadə xatırladıb ki, YAP-ın sonuncu qurultayında rəsmi olaraq İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Mehriban Əliyeva da sədr müavini kimi partiyanın qərarlarının icrasında fəal iştirak edir.

Xatırladaq ki, bu gün iqtidaryönlü Dünyəvi Azərbaycan Partiyası adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilməsi haqqında məlumat yayılıb.(ans)


Teqlər:  





Xəbər lenti