Pirallahıda yeni körpü tikintisi başa çatır
Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən yol ötürücüsünün uzunluğu 710 metr, körpü hissəsinin uzunluğu isə 422 metrdir. Yanaşma yolları ilə birlikdə layihənin ümumi uzunluğu 1300 metrdir. Körpünün dəniz suyu səviyyəsində hündürlüyü (orta aşırımda) 14 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni 14 metrdir.
Yeni yol ötürücüsündə inşaat işlərinin xeyli hissəsi, daha dəqiqi 85 faizi yerinə yetirilib. 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində isə avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır. Körpü istismara verildikdən sonra onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər artıq başa çatdırılıb.
Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri də aparılaraq, yekunlaşdırılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


