Müdafiə Nazirliyi: Biz özəl danışıqları dinləmirik
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.
MN mətbuat xidməti bildirir ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur: “Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.
Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək daha diqqətli və məsuliyyətli olmağı xahiş edir, qəsdən yalan və şayiələri yaymamağa çağırır”.







Vaxtında, Aydın, Lazımlı!


