Azərbaycan dilindən də imtahan keçirilir

Azərbaycan dilindən də imtahan keçirilir
  23 İyun 2013    Oxunub:1318
Bu gün rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən test imtahanı keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bu imtahanda mayın 19-da keçirilən birinci imtahandan "qeyri-məqbul" qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iştirak edə bilərlər.

İmtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. “Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti