Millimizdən biabırçı məğlubiyyət

Millimizdən biabırçı məğlubiyyət
  11 Noyabr 2015    Oxunub:1662
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda oynanılan 5-ci qrupunun görüşləri çərçivəsində noyabrın 10-da birinci turun qarşılaşmaları keçirilib.

Azərbaycan millisi Ukrayna yığmasını qəbul edib. Rəqibin üstünlüyü şəraitində keçən görüşdə Ukrayna millisi yığmamızın qapısından dörd cavabsız top keçirib.

Bu qrupun digər qarşılaşmasında Türkiyə millisi ilə Bosniya və Herseqovina yığmasına 2:1 hesabı ilə uduzub.

Noyabrın 13-də U-19 yığmamız Türkiyə millisi, iki gün sonra isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.


Teqlər:  





Xəbər lenti