İbrahimoviç ilin ən yaxşı futbolçusu oldu

İbrahimoviç ilin ən yaxşı futbolçusu oldu
  11 Noyabr 2015    Oxunub:1644
İsveçdə 2015-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu ada İsveç millisinin və “Paris-Sen-Jermen” komandasının hücumçusu Zlatan İbrahimoviç layiq görülüb. O, İsveç millisinin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına onuncu dəfə sahib olub.

Türkiyənin “Kasımpaşa” futbol komandasında çıxış edən Andreas İsaakson da ardıcıl onuncu dəfə İsveçin ən yaxşı qapıçısı olub.

Mərasimdə daha bir mükafata isə “Norçöpinq”də oynayan Emir Kujoviç olub. Bu futbolçu 21 qol vurduğuna görə ölkəsinin "Qızıl buts"una layiq görülüb.


Teqlər:





Xəbər lenti