SOCAR-a 58 milyon dollar kredit ayrıldı

SOCAR-a 58 milyon dollar kredit ayrıldı
  23 İyun 2013    Oxunub:1313
Bu kredit məbləği Qara dəniz ticarət və inkişaf bankının tarixində ilkdir.
Qara dəniz ticarət və inkişaf bankı SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 58 milyon dollar kredit ayırıb. Trend-in məlumatına görə, bunu bankın sədri Andrey Kondakov deyib.

"Direktorlar Şurası Qara dəniz ticarət və inkişaf bankının Star NAZ-ın tikintisi layihəsinə daxil olmaq haqqında qərarı yekdilliklə dəstəklədi. Kredit 18 il müddətinə ayrılıb" - deyə Kondakov əlavə edib.

Onun sözlərinə görə, bu kredit məbləği Qara dəniz ticarət və inkişaf bankının tarixində ilkdir.

"Adətən bank 10 illik kreditlər verir. Bu məbləğdə kredit isə suveren zəmanət altında verilir. Amma bu dəfə belə bir zəmanətə ehtiyac qalmadı. Çünki biz SOCAR-ı ciddi və etibarlı tərədaş kimi görürük" - deyə Kondakov vurğulayıb.



Teqlər:  





Xəbər lenti