1 milyondan çox insan aksiyada

1 milyondan çox insan aksiyada
  23 İyun 2013    Oxunub:1039
Aksiyalar zamanı 2 nəfər həyatını itirib.
Braziliya polisi bildirib ki, ölkənin 100-dən artıq yaşayış məntəqəsində 250 minədək insan aksiyalarda iştirak edib. Dünya mətbuatına əsasən, ötən günlərlə müqayisədə bu say azalıb.
Məlumata görə, aksiyaçıların sayı azalsa da, bəzi yerlərdə nümayişlər qarşıdurmalarla keçib.

Belo Horizonte şəhərində polis aksiyaçıların avtomobillərə daş atmasına cavab olaraq, plastik güllələrdən və göz yaşardıcı qazdan istifadə edib. Salvadorda isə qarşıdurmalar daha şiddətli olub.

Qeyd edək ki, "Epoca" jurnalının hesablamalarına görə Braziliyada əhalinin 75 faizi aksiyalara dəstək verir. Bu cür aksiyalara şahid olmayan Braziliyada 1 milyondan çox insanın aksiyalarda iştirak etməsi haqqında məlumatlar var.

Xatıqladaq ki, aksiyalar zamanı 2 nəfər həyatını itirib.



Teqlər:  





Xəbər lenti