Təqaüd alan tələbələrin diqqətinə

Təqaüd alan tələbələrin diqqətinə
  11 Noyabr 2015    Oxunub:2762
"Bu günə qədər ancaq dövlət sifarişi əsasında oxuyan tələbələr təqaüd alırdı. Ancaq bundan sonra ödənişli əsaslarla təhsil alanlar da təqaüd alacaq. Bu da həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə aiddir".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyin elm və ali təhsil şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov deyib.

Onun sözlərinə görə, tələbələr I semestrdən sonra təqaüd ala biləcəklər: "Təqaüdlərin həddi müəyyənləşib. İxtisas üzrə oxuyanların hansı bala uyğun akademik nəticə göstərməsinə görə təqaüdlərin həcmi bəllidir. Təbii ki, aşağı nəticə göstərən tələbələr onsuz da heç bir təqaüd almırdı. Bundan sonra da nəticə belə olacaq".

Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov isə deyib ki, yalnız TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək dövlət sifarişi əsasında oxuyan tələbələr I semestrdə təqaüdlərini alacaqlar: "Digər tələbələr isə I semestrdən sonra yeni qaydalar əsasında təqüdlərini ala biləcəklər".

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti